BAKI, 29 dekabr. TELEQRAF
"Turan Tovuz" futbolçusu Veysəl Rzayevlə yollarını ayırıb.
Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tovuz təmsilçisi 23 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Qeyd edək ki, Veysəl Rzayev 2022/2023-cü illər mövsümündən "Turan Tovuz"un şərəfini qoruyurdu. O, bu müddət ərzində Premyer Liqada 79 oyunda meydana çıxıb və 2 qol vurub.