BAKI, 25 dekabr. TELEQRAF

“Turan Tovuz”un qış hazırlıq planı bəlli olub.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tovuz komandası yanvarın 4-də Türkiyəyə yola düşəcək. Antalyanın Belek bölgəsindəki “İC Santai Belek" otelində məskunlaşacaq klub Türkiyə toplanışı yanvarın 18-dək davam etdirəcək.

Baş məşqçi Kurban Berdıyev toplanış çərçivəsində 2 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək.