BAKI, 11 dekabr. TELEQRAF

Bu gün 17 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2025/2026 mövsümü üzrə II raundun püşkü atılıb.

Teleqraf xəbər verir ki, püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

B Liqasının 3-cü qrupunda yer alan U-17 Belçika, Sloveniya və Farer adaları yığmaları ilə mübarizə aparacaq.