BAKI, 7 dekabr. TELEQRAF
İngiltərənin "Çelsi" klubunun futbolçusu Aksel Disasi qış transfer pəncərəsində komandanı tərk edəcək.
Teleqraf "L’Équipe" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi Fransanın "Lion" klubuna icarəyə göndəriləcək.
Liqa 1 təmsilçisi Afrika Millətlər Kubokuna yollanacaq müdafiəçilər Klinton Mata ilə Mussa Niakatenin yoxluğunu Disasi ilə doldurmaq istəyir.
Qeyd edək ki, Aksel Disasi cari mövsüm ərzində meydana çıxmayıb. O, baş məşqçi Enso Mareska tərəfindən əvəzedici komandaya göndərilib.