BAKI, 25 noyabr. TELEQRAF

UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində keçiriləcək “Napoli” - “Qarabağ” oyununun ehtimal olunan heyətləri müəyyənləşib.

Teleqraf xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Mənbənin məlumatına görə, komandalar “Dieqo Armando Maradona” stadionunda keçiriləcək matça aşağıdakı tərkibdə çıxacaqlar:

“Napoli”: Vanya Milinkoviç-Saviç, Sem Bökema, Amir Rrahmani, Alessandro Buoncorno, Covanni Di Lorentso, Stanislav Lobotka, Skott Maktominey, Miqel Qutyerres, Rasmus Höylund, David Nereş

“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Pedro Bikalyo, Marko Yankoviç, Leandro Andrade, Emmanuel Addai, Kamilo Duran, Abdullah Zubir.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.