BAKI, 3 noyabr. TELEQRAF

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununa hakim təyinatları açıqlanıb.

Teleqraf UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakıda baş tutacaq görüşü avstriyalı FIFA referisi Sebastian Gishamer idarə edəcək.

Ona Roland Riedel və Santino Schreiner köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək, VAR-da Manuel Schuettengruber, AVAR-da isə Josef Spurny əyləşəcəklər.

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.