BAKI, 24 oktyabr. TELEQRAF

İspaniya təmsilçisi "Barselona"ın futbolçusu Jül Künde La Liqanın X turunda keçiriləcək "Real Madrid"lə oyunu buraxa bilər.

Terleqraf “Diario Sport” nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi bu gün səhər baş tutan məşqə qatılmayıb.

Fransalı oyunçu dünənki məşqi də yüngül zədə səbəbindən buraxıb.

Qeyd edək ki, "Real" - "Barselona" matçı oktyabrın 26-da, Bakı vaxtı ilə saat 18:15-də baş tutacaq.