BAKI, 13 oktyabr. TELEQRAF

Memfis Depay Niderland tarixində ən çox məhsuldar ötürmə edən oyunçu olub.

Teleqraf xəbər verir ki, 31 yaşlı hücumçu bu uğura DÇ-2026-nın seçmə mərhələsində Finlandiyaya 4:0 hesabı ilə qalib gəldikləri görüşdə nail olub.

Depay matçda bir qol vurub, iki qol ötürməsi ilə yadda qalıb. Onun hesabında 35 məhsuldar ötürmə var ki, bu göstəricidə Uesli Sneyderi (33 asist) geridə qoyub.

Həmçinin, Depay 54-cü qolunu vuraraq yığmanın ən çox qol vuran futbolçusu kimi mövqeyini möhkəmlədib. O, bu göstəricidə Robin van Persi (50 qol), Klass-Yan Huntelar (42 qol) və Patrik Klyuverti (40 qol) geridə qoyub.