BAKI, 10 oktyabr. TELEQRAF
Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransa yığması ilə üz-üzə gələcək.
Teleqraf xəbər verir ki, “Park de Prens” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Görüşü Norveçdən olan baş hakim Rohit Saqqi idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 13-də Polşanın Krakov şəhərində yerləşən “Krakoviya” stadionunda Ukrayna seçməsi ilə qarşılaşacaq.
DÇ-2026-nın seçmə mərhələsi
II tur
10 oktyabr
D qrupu
22:45. Fransa – Azərbaycan
Hakimlər: Rohit Saqqi, Yorqen Ronning Valstadsve, Ole Andreas Haukasen, Daniel Hiqraff
VAR: Tom Harald Haqen
AVAR: Siqurd Krinqstad
“Park de Prens” stadionu