BAKI, 9 oktyabr. TELEQRAF

UEFA-nın prezidenti Aleksander Çeferin portuqaliyalı oyunçu Kriştianu Ronaldunu bütün dövrlərin ən böyük üç futbolçusundan biri adlandırıb.

Teleqraf xəbər verir ki, o, bu barədə AS nəşrinə açıqlama verib.

“⁠O, möhtəşəmdir. Onun karyerası ərzində qazandığı bütün uğurları sadalamaq üçün bizə iki saatdan çox vaxt lazımdır. O, şübhəsiz ki, bütün dövrlərin ən yaxşı futbolçularından biridir və tam olaraq ən böyük üçlükdə yer alır”, – deyə, Çeferinin qeyd edib.

Qeyd edək ki, Ronaldu 5 dəfə “Qızıl top” mükafatına layiq görülüb ki, bu göstərici tarixdə ikinci nəticədir. Həmçinin o, 946 qolla peşəkar futbol tarixinin ən çox qol vuran oyunçusudur.