BAKI, 7 oktyabr. TELEQRAF
Azərbaycan milli komandası təlim-məşq toplanışına başlayıb.
Teleqraf xəbər verir ki, A millisi dünən "Liv Bona Dea Arena"da ilk məşqinə çıxıb.
Qeyd edək ki, yığma DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Parisdə Fransa yığması ilə, 13-də isə Polşanın Krakov şəhərində Ukrayna seçməsi ilə qarşılaşacaq.