BAKI, 30 sentyabr. TELEQRAF
Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində II turuna start veriləcək.
Teleqraf xəbər verir ki, ilk gündə doqquz qarşılaşma olacaq.
Görüşlərdən ikisi Bakı vaxtı ilə saat 20:45-də, digərləri 23:00-da start götürəcək.
Qazaxıstanın "Kayrat" klubu İspaniya təmsilçisi "Real Madrid"i, Türkiyə nəhəngi "Qalatasaray" isə İngiltərənin "Liverpul" klubunu qəbul edəcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
II tur
30 sentyabr
20:45. "Kayrat" (Qazaxıstan) - "Real Madrid" (İspaniya)
20:45. "Atalanta" (İtaliya) - "Brügge" (Belçika)
23:00. "Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə)
23:00. "Atletiko" (İspaniya) - "Ayntraxt" (Frankfurt, Almaniya)
23:00. "Budyo Qlimt" (Norveç) - "Tottenhem" (İngiltərə)
23:00. "Çelsi" (İngiltərə) - "Benfika" (Portuqaliya)
23:00. "İnter" (İtaliya) - "Slaviya" (Çexiya)
23:00. "Marsel" (Fransa) - "Ayaks" (Niderland)
23:00. "Pafos" (Kipr) - "Bavariya" (Almaniya)
Qeyd edək ki, II turun digər doqquz matçı sabah baş tutacaq.