BAKI, 22 sentyabr. TELEQRAF

Azərbaycanda keçiriləcək III MDB Oyunlarında futbol yarışlarının püşkü atılıb.

Federasiyanın mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, püşkatmanın nəticəsinə əsasən, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası A qrupunda Tacikistan və Qırğızıstan yığmaları ilə qarşılaşacaq.

B qrupunda isə Belarus, Rusiya və Özbəkistanın U-16 kollektivləri üz-üzə gələcəklər. Qəbələ şəhər stadionunda təşkil olunacaq turnirdə 6 komanda iki qrupda mübarizə aparacaq. Qrup qalibləri finalda çempionu müəyyənləşdirəcəklər. Qruplarda ikinci yeri tutacaq komandalar 3-cü yer uğrunda matçda, üçüncülər isə 5-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.

A qrupu

27 sentyabr

12:00. Tacikistan – Azərbaycan
29 sentyabr
14:00. Qırğızıstan – Tacikistan
1 oktyabr
14:00. Azərbaycan - Qırğızıstan

B qrupu

27 sentyabr
14:00. Belarus – Rusiya
29 sentyabr
12:00. Belarus – Özbəkistan
1 oktyabr
12:00. Rusiya – Özbəkistan

3 oktyabr
12:00. 5-ci yer uğrunda
14:00. 3-cü yer uğrunda

4 oktyabr
14:00. Final