BAKI, 22 sentyabr. TELEQRAF
İspaniya təmsilçisi “Barselona”nın futbolçusu Rafinya Dias debütündən bəri Avropanın ən güclü beş liqasında üçüncü məhsuldar ötürmə sayında üçüncü pilləyə yüksəlib.
Teleqraf “Opta” nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı hücumçu La Liqanın V turunda “Xetafe”yə qarşı keçirilən və 3:0 hesabı ilə yekunlaşan görüşdə vurulan 2 qolda iştirak edib.
Bu, onun 2025-ci ildə klubdakı 16-cı qol ötürməsi kimi yadda qalıb. Avropanın TOP-5 liqasında yalnız PSJ-nin vingeri Bredli Barkola 19 qolda iştirak edərək ən çox məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Rafinya “Barselona”nın heyətində bütün turnirlərdə 150 matçda 47 məhsuldar ötürmə verib. 2022/2023 mövsümündən, yəni “Barselona”ya keçdiyi vaxtdan etibarən TOP-5 liqalarda yalnız Məhəmməd Salah (54) və Kevin De Bruyne (53) onu keçib.