BAKI, 21 sentyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının V turunun son oyun günündə iki qarşılaşma keçiriləcək.

Teleqraf xəbər verir ki, günün ilk matçında “Araz-Naxçıvan” “Qarabağ”ı qəbul edəcək.
FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi görüş “Liv Bona Dea Arena”da baş tutacaq. Hazırda “köhlən atlar” turnir cədvəlinin 8-ci, “qırmızı-ağlar” isə 10 xalla 3-cü pilləsində qərarlaşıb.

Günün növbəti matçında “Sumqayıt” öz meydanında “Neftçi” ilə üz-üzə gələcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmanı Elçin Məsiyev idarə edəcək.

Hazırda "Sumqayıt" 4 oyundan 10 xalla 2-ci, qələbə üzünə həsrət olan "Neftçi" 3 xalla 11-ci yerdə gedir.

Azərbaycan Premyer Liqası

V tur
21 sentyabr

17:00. “Araz-Naxçıvan” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Kamran Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Liv Bona Dea Arena”

19:30. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” “Turan Tovuz”u 2:0, “Qəbələ” “Kəpəz”i, “İmişli” isə “Karvan-Yevlax”ı 3:0 hesabı ilə məğlub edib. “Zirə” isə “Şamaxı” üzərində 2:1 hesablı qələbə qazanıb.