BAKI, 18 sentyabr. TELEQRAF
AFFA İntizam Komitəsi II Liqanın II turunda keçirilən "Göygöl" - "Kür-Araz" oyununda baş verənlərlə bağlı qərar qəbul edib.
Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, komitə İmişli təmsilçisinin vitse-prezidenti Kenan Yıldızı matç bitdikdən sonra hakimləri təhqir etdiyinə görə 4 oyunluq diskvalifikasiya edib.
Klub isə buna görə 1000 manat xərcə düşüb.
"Kür-Araz" futbolçuları Elnur Məmmədov, Elxan Məmmədov və Eltun Həsənlinin hakimi təhqir etməsinə görə ümumililkdə 3000 manat cərimələnib. Hər üç futbolçuya isə 4 oyunluq cəza verilib.
İntizam Komitəsi bu matçda "Göygöl" komandasını azarkeşləri meydançaya daxil olduğuna görə 250 manat, oyun günü planını pozduğuna görə 100 manat, topdaşıyanların davranış qaydalarını pozduğuna görə isə 150 manat cərimələnib.