BAKI, 22 avqust. TELEQRAF

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlarının tarixi müəyyənləşib.

Teleqraf AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan yığma oktyabrın 24-də Uels, 27-də Kosovo, 30-da isə Moldova seçməsi ilə qarşılaşacaq.

Matçlar Moldovada təşkil olunacaq.

Oyunların başlanma saatı və stadionu ilə bağlı daha sonra məlumat veriləcək.