BAKI, 20 avqust. TELEQRAF
İngiltərənin "Aston Villa" klubunun futbolçusu Leon Beyli İtaliya "Roma"sına keçib.
Teleqraf paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, yamaykalı hücumçu növbəti mövsüm icarə əsasında "canavarlar"ın heyətində çıxış edəcək.
Məşhur insayder Fabritsio Romanonun məlumatına görə, "Roma" icarə üçün qarşı tərəfə 2 milyon avro ödəyib. Mümkün transfer qiyməti isə 22 milyon avrodur.
Qeyd edək ki, Leon Beyli 2021-ci ildən "Aston Villa"nın şərəfini qoruyur. 28 yaşlı oyunçu London komandasının heyətində 144 oyun keçirib, 22 qol vurub və 24 məhsuldar ötürmə edib.