BAKI, 7 avqust. TELEQRAF

FIFA qadın futbolçulardan ibarət milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Teleqraf xəbər verir ki, Azərbaycan yığması yenilənən siyahıda 1300.4 xalla 74-cü pillədə qərarlaşıb.

Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektivin mövqeyi əvvəlki reytinqlə müqayisədə dəyişməyib.

Azərbaycanın qonşu ölkələrindən Rusiya 28, Türkiyə 58, İran 70, Gürcüstan 121, Ermənistan isə 145-cidir.

Qeyd edək ki, reytinq cədvəlinə 2066.79 xalla İspaniya seçməsi başçılıq edir.