BAKI, 30 iyul. TELEQRAF

Futbol üzrə 2026-cı il dünya çempionatının püşkatma mərasimi ABŞ-nin Las Veqas şəhərində keçiriləcək.

Teleqraf "TUDN" nəşrinə istinadən xəbər verir ki, tədbir bu il dekabrın 5-də təşkil olunacaq.

Məkan qismində isə Paradaysdakı musiqili və əyləncəli "Şphere" arenası seçilib.

Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyulda ABŞ, Kanada və Meksikada ilk dəfə 48 ölkənin iştirakı ilə təşkil olunacaq.