BAKI, 27 iyul. TELEQRAF

Qadın futbolçular arasında Afrika Millətlər Kubokunun qalibi müəyyənləşib.

Teleqraf xəbər verir ki, Mərakeşdə təşkil olunan turnirin finalında yerli komanda ilə Nigeriya yığması qarşılaşıb.

Görüş nigeriyalıların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qaliblərin qoluna Ester Okoronkvo, Cennifer Eçegini və Folaşade İcamilusi imza atıb.

Mərakeşdən isə Gizlan Şebbak və Sanaa Mssudi fərqlənib.

Qeyd edək ki, Nigeriya komandası 11-ci dəfə Afrika Millətlər Kubokunun qalibi olur. Bu, turnir tarixinin rekordudur.