BAKI, 11 iyul. TELEQRAF

Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev "Sabah" komandasının UEFA Avropa Liqasında Sloveniya "Tsele"sinə qarşı keçirdiyi I təsnifat mərhələsinin ilk oyununda iştirak edib.

Teleqraf xəbər verir ki, Fiziyev matçı fəxri tribunadan izləyib.

Azarkeşlər onun gəlişini alqışlarla qarşılayıblar. "Sabah"ın prezidenti Maqsud Adıgözəlov isə məşhur idmançıya arxasında "Ataman" yazılmış 5 nömrəli forma hədiyyə edib.

Qeyd edək ki, görüş "Tsele"nin qələbəsi ilə yekunlaşıb- 3:2.