BAKI, 10 iyul. TELEQRAF

“Turan Tovuz" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, “bozqurdlar” “Sabah”ın oyunçusu Abdulla Rzayevi icarəyə götürüb.

“Şamaxı”, “Kəpəz” və “Araz-Naxçıvan”ın da formasını geyinmiş 23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.