BAKI. 8 iyul. TELEQRAF

Yeni mövsümün hazırlıqlarına start verən “Sumqayıt” klubu məşqlərini iyulun 24-dək “SOCAR Polymer Arena”da keçirəcək.

Klubun mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, "gənclik şəhəri" təmsilçisi iyulun 25-dən hazırlığın ikinci mərhələsini Qəbələdə davam etdirəcək.

Avqustun 8-dək baş tutacaq toplanış müddətində 4 yoxlama görüşü nəzərdə tutulub. Rəqiblərin kimliyi və oyunların keçirilmə vaxtı barədə əlavə məlumat veriləcək.