BAKI, 3 iyul. TELEQRAF
Xarici futbolçu və məşqçilərə Rusiya və Ukrayna klubları ilə müqavilələri birtərəfli qaydada dayandırmaq icazəsinin müddəti uzadılıb.
Teleqraf xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytında məlumat yayılıb.
Məlumata görə, 30 iyun 2026-cı ilə qədər qərar qüvvədə olacaq. Bu hüquqdan istifadə etmək istəyənlər 1 avqust 2025-ci ilə qədər öz klublarını yazılı şəkildə xəbərdar etməlidirlər.
Qeyd edək ki, FİFA əcnəbilərə 2022-ci ilin yayından Rusiya və Ukrayna klubları ilə müqavilələri dayandırmağa icazə verib.