BAKI, 28 iyun. TELEQRAF

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirib.

Teleqraf xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Belarus yığması ilə üz-üzə gəlib.

Jodinodakı “Torpedo” stadionunda təşkil olunan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Belarusun heyətində Anastasiya Şuppo (37), Anastasiya Şlapakova (55) və Viktoriya Valyuk (90) fərqləniblər.

Qeyd edək ki, Azərbaycan millisi iyulun 1-də də Belarusla qarşılaşacaq.