BAKI, 10 iyun. TELEQRAF

Azərbaycan milli komandası yay təlim-məşq toplanışında ikinci yoldaşlıq oyununu keçirib.

Teleqraf xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv evdə Macarıstan yığması ilə üz-üzə gəlib.

"Liv Bona Dea Arena"da təşkil olunan görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Belaruslu referi Viktor Şimusikin idarə etdiyi matçda hesabı 5-ci dəqiqədə macarların hücumçusu Barnabaş Varqa açıb.

3 dəqiqə sonra Azərbaycan millisinin futbolçusu Renat Dadaşov hesabı bərabərləşdirib.

Qarşılaşmada son nöqtəni 33-cü dəqiqədə İngiltərənin "Liverpul" klubunda çıxış edən Dominik Soboslai qoyub.

Bununla da, Azərbaycan millisinin qələbəsizlik seriyası 10-a çatıb.

Qeyd edək ki, Azərbaycan yığması iyunun 7-də səfərdə Latviya seçməsi ilə qolsuz heç-heçəyə razılaşıb.

***

21:03

Azərbaycan millisinin Macarıstanla yoxlama oyununda ikinci hissə başlayıb.

Teleqraf xəbər verir ki, “Liv Bona Dea Arena”da təşkil olunan görüşdə qonaqlar 2:1 hesabı ilə öndədir.

***

20:35

Azərbaycan - Macarıstan yoxlama oyununda qonaqlar hesabda önə keçib.

Teleqraf xəbər verir ki, macarların yarımmüdafiəçisi Dominik Soboslai 33-cü dəqiqəsində fərqlənib.

***

20:08
Azərbaycan millisi Macarıstanla keçirilən yoxlama oyununda hesabı bərabərləşdirib.

Teleqraf xəbər verir ki, yığmanın hücumçusu Renat Dadaşov 8-ci dəqiqədə qol vurub.

***

20:07
Macarıstan Azərbaycanla keçirilən yoxlama oyununda hesabı açıb.

Teleqraf xəbər verir ki, “Liv Bona Dea Arena”da təşkil olunan görüşün 5-ci dəqiqəsində Barnabaş Varqa fərqlənib.

***

20:00
Azərbaycan və Macarıstan milli komandaları arasında yoldaşlıq görüşü start götürüb.

Teleqraf xəbər verir ki, oyun “Liv Bona Dea Arena”da keçirilir.

10 iyun

Yoldaşlıq görüşü

20:00. Azərbaycan - Macarıstan - 1:2

Qollar: Renat Dadaşov, 8 - Barnabaş Varqa, 5, Dominik Soboslai. 33

Baş hakim: Viktor Şimusik (Belarus)

Baş hakimin köməkçiləri: Sergey Kasavets, Anton Qusev (hər ikisi Belarus)

Dördüncü hakim: Cavid Cəlilov (Azərbaycan)

Liv Bona Dea Arena.