BAKI, 30 may. TELEQRAF

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində son oyununu keçirib.

Teleqraf xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan milli "ASCO Arena"da Litvaya böyük hesabla məğlub olub - 0:5.

Qarşılaşmanı Sapir Qaya Bermanın rəhbərliyi altında israilli hakimlər briqadası idarə edib.

Litva millisin heyətində Rimante Yonuşayte (3; 30), Monika Qrikşeyte (10), Uqne Lazdauskayte (42) və Tereza Romanovskaya (48) fərqləniblər.

Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv qrup mərhələsini 5 xalla 2-ci pillədə bitirib.

İyunun 3-də Litva evdə Monteneqroya qalib gəlməsə, Azərbaycan B Liqasına yüksəlmək üçün pley-off oyunu keçirəcək.

UEFA Millətlər Liqası

C Liqası

4-cü qrup

18:00. Azərbaycan - Litva - 0:5

Qollar: Rimante Yonuşayte, 3; 30. Monika Qrikşeyte, 10. Uqne Lazdauskayte, 42. Tereza Romanovskaya, 48

Hakimlər: Sapir Qaya Berman, Mey Moalem, Nofar Çava Skorka, Şada Dahamşi (hamısı İsrail)

Bakı, "ASCO Arena".