
BAKI, 14 aprel. TELEQRAF
İngiltərənin “Mançester Siti” klubu futbolçusu İlkay Gündoğanla müqaviləni yeniləyib.
Teleqraf xəbər verir ki, bu barədə “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola məlumat yayıb.
“Gündoğanla yeni müqavilə imzalanıb. O, daha bir mövsüm bizimlə qalacaq. Yayda nə olacağını bilmirəm, amma artıq onunla müqaviləmiz var”, - deyə Qvardiola vurğulayıb.
Qeyd edək ki, İlkay Gündoğan cari mövsüm ərzində 43 oyunda iştirak edib, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.