BAKI, 11 aprel. TELEQRAF

“Azərbaycanla əlaqələrimiz davamlı olub. Elxan Səmədovla da əməkdaşlıq etmişik”.

Teleqraf xəbər verir ki, bu sözləri FIFA-nın Regional kordinatoru Marion Gavat AFFA-nın hesabat konfransında çıxışında deyib.

FIFA rəsmisi AFFA ilə birgə əməkdaşlıq zamanı aparılan işlərdən məmnunluğunu dilə gətirib: “İlk növbədə FIFA rəhbərliyinin, Canni İnfantinonun sizə salamlarını çatdırıram. Zamanla müxtəlif əməkdaşlıqlarımız baş tutub. İllik 2026-cı ilə qədər oyunlar keçiriləcək. Qadın futbolunun inkişafı üçün müəyyən addımlar atılır. İnkişaf istiqamətində Bakı və regionlarda müvafiq sahələr üzrə işlər aparılır. Azərbaycan futbolunun inkişafı üçün töhfə verəcəyimizə ümid edirik”.