BAKI, 16 iyul. TELEQRAF

Müxalifətdəki "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyana məxsus "Ararat Sement" şirkəti dövlət idarəçiliyinə və mühafizəsinə verilib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

"Qanunsuz mənşəli əmlakın müsadirə edilməsi ilə bağlı icraatın bir hissəsi olaraq, Baş Prokurorluğun vəsatəti əsasında Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin qərarı ilə "Ararat Sement" QSC Ermənistan Respublikasının idarəçiliyinə və himayəsinə verilib", - deyə məlumatda bildirilib.

Baş Prokurorluq xatırladıb ki, 9 oktyabr 2023-cü ildə onlar Qaqik Tsarukyan və onunla əlaqəli şəxslərə qarşı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə "qanunsuz mənşəli əmlakın müsadirə edilməsi tələbi ilə" iddia qaldırıblar və bu iddia, digər məsələlərlə yanaşı, "Ararat Sement" səhmlərinin Ermənistanın xeyrinə müsadirə edilməsini tələb ediblər.