BAKI, 9 iyul. TELEQRAF

Ermənistan Konstitusiyasına görə, parlamentin səlahiyyət müddəti yeni seçilmiş parlamentin ilk sessiyasının açılışından başlayır.

Teleqraf xəbər verir ki, bu barədə "Fact" qəzeti yazıb.

Qanunvericiliyə əsasən, salamlama nitqlərindən sonra deputatlar and içirlər, daha sonra gündəm elan olunur və ilk sessiyada parlament hesablama komitəsi yaradır. Daha sonra parlamentin sədrinin, onun üç müavininin seçkilərinə, daimi komitələrin yaradılmasına və daimi komitələrin sədrlərinin seçkilərinə keçilir.

Ermənistan parlamentinin əsasnaməsində yazılıb ki, Respublika Prezidenti və Bütün Ermənilərin Katolikosu birinci sessiyanın açılışı münasibətilə salamlama nitqi söyləmək hüququna malikdirlər. Bütün Ermənilərin Katolikosu II Qaregin birinci sessiyada iştirak edəcək və nitq söyləyəcək.