BAKI, 31 mart. TELEQRAF

Dünya Bankının İcraçı Direktorlar Şurası bu gün Ermənistanın daha rəqabətli və qlobal miqyasda inteqrasiya olunmuş iqtisadiyyata keçidini dəstəkləmək üçün 200 milyon dollarlıq (170,3 milyon avro) İqtisadi Transformasiya İnkişaf Siyasəti Əməliyyatını təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Bu iqtisadiyyatda emissiyaların monitorinqi və idarə olunması sistemi də olacaq. Bundan əlavə, OPEC Fondu paralel maliyyələşdirmə şəklində 92,8 milyon dollara (80 milyon avro) qədər vəsait ayırmaq və ümumi dəstək paketini təxminən 290 milyon dollara (250 milyon avro) çatdırmaq niyyətindədir.

“Ermənistan İqtisadi Transformasiya İnkişaf Siyasəti Əməliyyatı” Ermənistanın investisiya və biznes mühitinin modernləşdirilməsinə, rəqabətin və istehlakçıların hüquqlarının qorunmasının gücləndirilməsinə, eləcə də ölkənin maliyyə və tənzimləyici sistemlərinin dayanıqlığının gücləndirilməsinə yönəlmiş çoxsektorlu islahat gündəliyini dəstəkləyir.

Dünya Bankının Ermənistan üzrə ölkə direktoru Fabrizio Dzarkone bildirib ki, Ermənistanın iddialı islahat gündəliyi var və biz ölkənin daha açıq, rəqabətədavamlı və dayanıqlı iqtisadiyyat qurmaq səylərini dəstəkləyirik: "Daha şaxələndirilmiş və dayanıqlı iqtisadiyyata keçid hər bir vətəndaşa fayda verən artım üçün şərait yaradacaq”.