BAKI, 12 mart. TELEQRAF
İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani ABŞ və İsrailin zərbələri nəticəsində ölkədə 1348-dən çox mülki şəxsin öldüyünü bildirib.
Teleqraf xəbər verir ki, bu barədə iranlı diplomat jurnalistlərə açıqlamasında məlumat verib.
İravani qeyd edib ki, fevralın 28-dən bəri davam edən hərbi əməliyyatlar nəticəsində 1348-dən çox mülki şəxs, o cümlədən qadınlar və uşaqlar həlak olub.
Diplomatın sözlərinə görə, hücumlar nəticəsində 17 mindən çox mülki şəxs də müxtəlif dərəcəli xəsarətlər alıb.