BAKI, 27 fevral. TELEQRAF
Ermənistanın İspaniyadakı səfiri Sos Avetisyanın təşəbbüsü ilə Madrid Komplutense Universitetində Ermənistan və Azərbaycan arasında sülh prosesi, eləcə də TRIPP təşəbbüsü ilə bağlı konfrans keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın İspaniyadakı səfirliyi açıqlama yayıb.
Qeyd olunur ki, görüş zamanı səfir danışıqların hazırkı gedişatını təqdim edib və Ermənistanın regionda sabit və davamlı sülhə nail olmaq öhdəliyini vurğulayıb.
Konfrans zamanı səfir Sos Avetisyan auditoriyanın suallarını da cavablandırıb.