BAKI, 26 fevral. TELEQRAF

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi bu gün ölkənin 3-cü prezidenti olmuş Serj Sərkisyana qarşı cinayət işinin istintaqını davam etdirib.

Teleqraf xəbər verir ki, məhkəmə Sərkisyanın müdafiə naziri vəzifəsində çalışdığı dövrdə İsakov prospektindəki torpaq sahəsinin özgəninkiləşdirilməsi zamanı yol verdiyi qabub pozuntularına dair sübutları araşdırıb.

Sərkisyan məhkəmədə bildirib ki, o, torpaq sahələrini yalnız Müdafiə Nazirliyinin kompleksini tamamlamaq üçün satmaq istəyib.

Xatırladaq ki, ittihama əsasən, Serj Sərkisyan 20 may 2000-ci ildən 4 aprel 2007-ci ilə qədər müdafiə naziri vəzifəsi olduğu müddətdə külli miqdarda rüşvət müqabilində Müdafiə Nazirliyinin balansındakı torpaq sahələrini satıb.