BAKI, 13 fevral. TELEQRAF

"Rusiyada müəyyən dairələr var ki, onlar aşağıdakı məntiqlə hərəkət edirlər: Ermənistanın Türkiyə və Azərbaycanla sülhü onların maraqlarına uyğun deyil, çünki bu halda Ermənistan tam müstəqil dövlətə çevriləcək. Əgər düşmənçilik olarsa, Ermənistan Rusiyanı daha möhkəm qucaqlamağa məcbur olacaq".

Teleqraf xəbər verir ki, Ermənistanın Baş Naziri Nikol Paşinyan Rusiya Dövlət Dumasının MDB siyasətini təmsil edən Konstantin Zatulin iddialarına münasibət olaraq bildirib.

Zatulin qeyd etmişdi ki, guya Paşinyan Qarabağın rayonlarını Azərbaycana 5 milyard dollara satıb.

Buna cavab olaraq Paşinyan qeyd edib: "Məmnuniyyətlə, bildirirəm ki, Rusiyadan asılılığın yaranması və ya artması üçün Ermənistanla Türkiyə, İran və Azərbaycan arasında daim ziddiyyətlər yaratmaq lazım olduğu fikrini Rusiyada çoxları bölüşmür. Əminəm ki, həmkarlarım Vladimir Putin, Mixail Mişustin və çoxsaylı hökumət nümayəndələri bu baxış bucağını bölüşmürlər", - deyə o bildirib.

Onun sözlərinə görə, seçkilər zamanı hər şeyə Zatulinin gözü ilə baxan qüvvələr olacaq: "Seçkilər zamanı Ermənistan vətəndaşları öz gözlərinə, yoxsa Zatulinin gözü ilə etibar edəcəklərini seçməli olacaqlar. 2026-cı ildən sonra siyasətlə məşğul olan bir oliqarxı, keçmiş prezident görməyəcəksiniz, hamı qovulacaq".