BAKI, 9 fevral. TELEQRAF
"Ermənistan və ABŞ hökumətləri arasında nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində əməkdaşlıq saziş üzrə danışıqları başa çatdırdığını elan etməkdən qürur duyuruq".
Teleqraf xəbər verir ki, bunu bu gün ABŞ-nin vitse-prezidenti J.D. Vens İrəvanda Baş naziri Nikol Paşinyanla keçirilən brifinqdə bildirib.
"Bu, həyata keçirildikdən sonra Amerika və Ermənistan şirkətləri üçün yeni layihələr üzrə əməkdaşlıq yolu açılacaq. Söhbət təxminən 5 milyard dollarlıq ilkin, daha sonra isə ikinci mərhələdə daha 4 milyard dollar investisiyadan gedir. Bu, həm Ermənistan, həm də ölkəm üçün enerji təhlükəsizliyi, enerji sabitliyi baxımından qarşılıqlı faydalı bir vəziyyətdir. Əməkdaşlıq həm ABŞ-də, həm də Ermənistanda bir çox iş yerləri yaradacaq. Bu, kiçik modul reaktorlar deməkdir, yəni Amerika texnologiyaları bu ölkəyə gələcək. Ölkəmiz nadir hallarda başqa bir ölkəyə konkret texnologiyalar ixrac etmək üçün kifayət qədər inamlı hiss edir və bu, Baş nazirinizin liderliyinə bir hörmətdir”, - deyə Vens qeyd edib.