Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaarla görüşüb.

Teleqraf.com bu barədə erməni KİV-ə istinadən xəbər verir.

Görüşdə həmçinin Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos da iştirak edib.

Görüşdə Cənubi Qafqazdakı vəziyyət və Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası prosesi müzakirə olunub.

Toyvo Klaar Aİ-nin Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesini bütünlüklə dəstəklədiyini bildirib.