“Ermənistan hökuməti Azərbaycanla bağlı vəziyyətə nəzarət edir və kömək üçün KTMT-yə müraciət etməyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin üzvü Qurgen Arsenyan deyib.

“Ermənistanda vəziyyət elə deyil ki, biz KTMT-dən kömək çağırmağa məcbur olaq. Ölkəmizdə vəziyyət kifayət qədər çətindir, amma Ermənistan hakimiyyəti onu nəzarətdə saxlayır”, – Arsenyan bildirib.

O əlavə edib ki, Ermənistan Azərbaycanla sərhəddə atışmalara görə KTMT-dən öz ərazisinə hərbi kontingent göndərməyi tələb etməyəcək.

Arsenyan Baş nazir Nikol Paşinyanın Azərbaycan və Ermənistan arasındakı problemlərin danışıqlar yolu ilə həll etmək istədiyini söyləyib.