BAKI, 10 iyul. TELEQRAF

Abşeron qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə indiyədək təqribən 4,8 milyard kubmetr qaz hasil olunub.

Teleqraf xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumata yayıb.

Bildirilib ki, İHS mərhələsi üzrə yataqdan 1,8 milyon tona yaxın kondensat hasil edilib.

Xatırladaq ki, yataqdan İHS mərhələsi üzrə hasilata başlanmasından 3 il ötür.