BAKI, 6 iyul. TELEQRAF
Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları ucuzlaşıb.
Teleqraf xəbər verir ki, əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 2.08% dəyər itirərək 3.1764 ABŞ dollarına bərabər olub.
Niderlandın "Title Transfer Facility" (TTF) platformasında qazın meqavat-saatının dəyəri isə 0.83% azalaraq 44.96 avroya enib.