BAKI, 3 iyul. TELEQRAF

"Brent" markalı neftin qiyməti ilin sonunadək 60 dollara qədər dəyərdən düşə bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi “Citigroup” bankının analitiklərinə istinadən məlumat yayıb.

Bankın ekspertlərinin qiymətləndirməsinə görə, Hörmüz boğazı vasitəsilə gəmiçilik tədricən adi rejimə qayıdır və fiziki neft bazarında zəifləmə müşahidə olunur. Bu şəraitdə analitiklər ilin sonuna “Brent” markalı neftin bir barelinin qiymətinin 60-65 ABŞ dolları olacağını proqnozlaşdırır.

Qeyd edək ki, bundan əvvəl “Goldman Sachs” və “Morgan Stanley” bankları da oxşar proqnozlar açıqlayaraq dünya neft bazarında təklif artıqlığının formalaşacağını bildiriblər.