BAKI, 8 iyun. TELEQRAF
Cari ilin mayında ölkədə istehsal olunan elektrik enerjisinin 33%-i bərpa olunan enerji mənbələrinin payına düşüb.
Bu barədə Teleqraf-a Energetika Nazirliyindən məlumat verilib.
Mayda 2 milyard 83,4 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bunun 689 milyon kilovat-saatı bərpa olunan enerji mənbələri hesabına təmin olunub.
Naxçıvanda mayda elektrik enerjisi tələbatı tam şəkildə bərpa olunan enerji mənbələri hesabına qarşılanıb.