BAKI, 30 may. TELEQRAF

Avropada qazın orta qiyməti yaz aylarında 2025-ci ilin eyni dövrü ilə müqayisədə 35%-dən çox artaraq hər 1 000 kubmetr üçün təxminən 582 ABŞ dollarına çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Londonun ICE birjasının məlumatlarında qeyd edilib.

Avropada qazın qiyməti may ayında da ötən ilin eyni ayının orta göstəricisi ilə müqayisədə 39% yüksək olub.

Belə ki, aprelin 30-da qaz fyuçersləri hər 1 000 kubmetr üçün təxminən 562 ABŞ dolları səviyyəsində ticarət olunduğu halda, mayın 29-da hərraclar təxminən 550 ABŞ dolları səviyyəsində bağlanıb. Bu isə ötən ayın sonu ilə müqayisədə 2% azalma deməkdir.