BAKI, 13 may. TELEQRAF
Beynəlxalq Enerji Agentliyi (BEA) əvvəlki hesabatı ilə müqayisədə 2026-cı ildə qlobal neft təklifi üzrə azalma proqnozunu gündəlik 2,5 milyon barel artırıb.
Teleqraf xəbər verir ki, təşkilatın qiymətləndirməsinə əsasən, nəticədə bu il dünyada neft təklifi gündəlik 4 milyon barel azalaraq 102,2 milyon barelə düşəcək.
Sənəddə bildirilib ki, Yaxın Şərqdə münaqişənin başlanmasından bəri qlobal neft tədarükü gündəlik 12,8 milyon barel azalıb. Apreldə isə Hörmüz boğazının bağlı qalması səbəbindən azalma gündəlik 1,8 milyon barel təşkil edib və tədarük 95,1 milyon barelə enib.
Agentlik mayda qlobal neft tədarükünün daha 530 min barel/sutka azalacağını, bundan sonra isə cari ilin üçüncü rübündə tədricən bərpanın başlayacağını proqnozlaşdırır.