BAKI, 13 may. TELEQRAF
2026-ci ilin aprelində Azərbaycanın gündəlik neft hasilatı orta hesabla 460 min barel olub.
Teleqraf Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən xəbər verir ki, mart ilə müqayisədə hasilatın həcmində 3 min barel artım olub.
Məlumata görə, 2026-cı ilin birinci rübündə gündəlik neft hasilatı orta hesabla 454 min barel olub. Belə ki, fevralda hasilat 454 min, martda isə 456 min barel təşkil edib.
Qeyd edək ki, Azərbaycanın OPEC+ (OPEC və bəzi qeyri-OPEC neft istehsalçılarından ibarət alyans) çərçivəsində hazırkı xam neft hasilat kvotası gündəlik 551 min bareldir. Azərbaycan ötən ay OPEC+ çərçivəsində kvotadan 91 min barel geridə qalıb.