BAKI, 13 may. TELEQRAF

ABŞ-nin Energetika İnformasiyası Administrasiyası (EIA) 2026-2027-ci illər üçün dünya üzrə neft və digər maye karbohidrogenlərin gündəlik hasilatı ilə bağlı proqnozunu açıqlayıb.

Teleqraf xəbər verir ki, Administrasiya 2026-cı ildə dünyada gündəlik neft hasilatının orta hesabla 101.60 milyon barel səviyyəsində olacağını proqnozlaşdırıb.

EİA-nın proqnozuna görə, 2027-ci ildə dünyada xam neft hasilatı orta hesabla 109.50 milyon barel/gün olacaq.

Bu il Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ölkələri üzrə neft və digər maye karbohidrogenlərin gündəlik hasilatı 2026-cı ildə 25.24 milyon, 2027-ci ildə isə 29.36 milyon olacaq. Bu göstərici OPEC+ ölkələri üzrə 2026-cı ildə gündəlik 35.63 milyon, 2027-ci ildə isə 39.78 milyon barel təşkil edəcək.

Qeyd edək ki, administrasiya 2025-ci ildə neft və digər maye karbohidrogenlərin dünya üzrə hasilatının gündəlik 106.35 milyon barel səviyyəsində olduğunu qeyd edib.