BAKI, 13 may. TELEQRAF
ABŞ-nin Energetika İnformasiyası Administrasiyası (EİA) 2026-2027-ci illər üzrə Azərbaycanda gündəlik neft və digər maye yanacaqların hasilatı üzrə proqnozunu açıqlayıb.
Teleqraf xəbər verir ki, agentlik 2026-cı və 2027-ci ildə ölkə üzrə gündəlik hasilatın 540 min barel olacağı ilə bağlı proqnozunda sabit qalıb.
EİA-nın qiymətləndirməsinə görə, 2026-cı ilin birinci rübündə Azərbaycanda gündəlik hasilat 550 min barelə bərabər olub. İkinci rübdə 540 min barel, üçüncü və dördüncü rüblərdə isə 530 min barel neft və digər maye yanacaqlar hasil olunacaq. 2027-ci il üzrə proqnoz isə cari ilin göstəriciləri ilə eynidir.
Qeyd edək ki, agentlik 2025-ci ildə neft və digər maye yanacaqların hasilatının gündəlik 570 min barel səviyyəsində olduğunu qeyd edib.