BAKI, 6 may. TELEQRAF
Energetika naziri Pərviz Şahbazov britaniyalı tərəfdaşları “Bakı Enerji Həftəsi” çərçivəsində keçiriləcək tədbirlərdə geniş tərkibdə iştiraka dəvət edib.
Nazirlikdən Teleqraf-a verilən məlumata görə, nazir Pərviz Şahbazov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auldu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Nazir səfir Fergus Auldun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycanla Böyük Britaniya arasında münasibətlərin, o cümlədən enerji əməkdaşlığının inkişafına verdiyi töhfəyə görə təşəkkürünü bildirib.
Görüşdə birgə həyata keçirilən neft-qaz və “yaşıl enerji” layihələrinin icrasına, həmçinin Böyük Britaniya şirkətləri ilə “yaşıl enerji dəhlizi” layihələri üzrə əməkdaşlığa dair müzakirələr aparılıb. Azərbaycanla Birləşmiş Krallıq arasında uzunmüddətli enerji tərəfdaşlığından məmnunluq ifadə edilib.
Görüşdə Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının Bakıda keçirilməsindən irəli gələn məsələlər ətrafında da fikir mübadiləsi edilib.